Prezident Ərdoğan, Farmaajonu tǝbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan, Somalidə keçirilən prezident seçkilərində qələbə qazanan Mohammed Abdullahi Farmaajonu təbrik edib.

668420
Prezident Ərdoğan, Farmaajonu tǝbrik edib

Prezident Rəcəb Tayyıb Ərdoğan, prezident Farmaajoya telefon edərək yeni vəzifəsində uğurlar diləyib.

Danışıq zamanı, Türkiyənin Somalidə sabitlik və rifahın təsisinə üstünlük verdiyi vurğulanıb.

Somali keçmiş baş naziri Mohammed Abdullahi Farmaajonun prezident seçkilərində uğur qazanması paytaxt Moqadişuda qeyd olunub.

Qeyd edək ki, Prezident seçkilərinin ikinci turunda, vəzifə müddəti sona çatan prezident Həsən Şeyx Mahmud, keçmiş Baş nazir Mohammed Abdullahi Farmaajo və keçmiş prezidentlərdən Şərif Şeyx Əhməd yarışmışdı.

 



Әlaqәli Xәbәrlәr