Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub

Xarici işlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrov ilə telefonla danışıb.

668884
Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub

Xarici işlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrov ilə telefonla danışıb.

Telefon danışığında Suriya məsələsi və Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq müzakirə edilib.

İki nazirin Əl Babın ətrafında Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) ilə rejim qüvvələrinin qarşı-qarşıya qalmasına mane olacaq tədbirlərdən danışdıqları bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, nazirlər Suriyada atəşkəs qərarının dəstəklənməsi ilə əlaqəli razılaşmaların həyata keçirilmə prosesi və hökumət nümayəndələri ilə müxalifət arasında Astana və Cenevrə danışıqlarındakı görüş prosesinin davam etdirilməsindən danışıblar. Həmin zamanda Rusiya ilə Türkiyənin ikitərəfli əməkdaşlığı da müzakirə mövzusu olub.



Әlaqәli Xәbәrlәr