Türkiyə enerji nəqlində əhəmiyyətli bir keçid nöqtəsidir

Bu barədə Amerika Birləşmiş Ştatlarının Enerji İnformasiya İdarəsinin hesabatında bildirilir.

667476
Türkiyə enerji nəqlində əhəmiyyətli bir keçid nöqtəsidir

Amerika Birləşmiş Ştatlarının Enerji İnformasiya İdarəsinin hesabatında Türkiyənin enerji marşrutu olaraq getdikcə artan əhəmiyyəti vurğulandı.
 
 Hesabatda Orta Asiya, Rusiya və Yaxın Şərq enerji növlərinin Avropa və digər ölkələrə nəql olunmasında Türkiyənin vacib bir keçid nöqtəsi olduğu qeyd edilir.
 
 Son 10 ildə Türkiyə iqtisadiyyatının inkişaf etdiyi və bunun neft və digər maye yanacaq istehlakını artırdığı da qeyd olunur.
 
 ABŞ Enerji İnformasiya İdarəsinin hesabatında İstanbul və Çanaqqala Boğazlarının dünyanın ən işlək boğazları arasında olduğuna və əhəmiyyətinin artdığına diqqət çəkilir.
 
 Hesabatda boğazlardan 2015-ci ildə gündə 2 milyon barrel xam neft və 500 min barrel də neft məhsulu keçdiyi barədə məlumat verilir.
 
 Neftin dəniz yolu ilə yanaşı Bakı-Tiflis-Ceyhan və İraqın şimalından boru xətləri vasitəsi nəql olunduğu xatırladılır.
 
 Türkiyənin təbii qazda da strateji rola malik olduğu və dünyanın ən böyük ikinci təbii qaz istehlakçısı olan Avropa qitəsiı ilə Xəzər Dənizi və Orta Şərq arasında körpü olduğu vuğulanır.
 
 Hesabatda Türkiyənin Akkuyu, Sinop və yeri hələ müəyyən olunmayan üçüncü bir nöqtədə atom elektrik stansiyası inşa edəcəyi və bununla da Türkiyənin enerji məsələsində xaricdən asılılığının azalacağı qeyd olunur.



Әlaqәli Xәbәrlәr