"Suriyada Əl Bab-a istiqamətli əməliyyatdan sonrakı hədif Rəqqadır": Çavuşoğlu

Suriyada Əl Bab-a istiqamətli əməliyyatdan sonrakı hədəf Rəqqadır. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

668101
"Suriyada Əl Bab-a istiqamətli əməliyyatdan sonrakı hədif Rəqqadır": Çavuşoğlu

Xarici işlən naziri Mevlüt Çavuşoğlu, Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurası yığıncağından sonra, DEAŞ-ın Suriyadakı qalası hesab edilən Rəqqa qəsəbəsinə reallaşdırılması planlaşdırılan əməliyyat mövzusunda jurnalistlərə verdiyi açıqlamada: “Regional və koalisiya tərkibindəki ölkələr xüsusi təyinatlı qüvvələrini hərəkətə keçirməlidilər”  deyib.

Çavuşoğlu, bir jurnalistin prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trump ilə ötən gün gecə reallaşdırdığı telefon danışığı ilə əlaqəli sualına isə, İki ölkə liderləri arasında baş tutan səmərəli danışıqda ikitərəfli əlaqələrin irəli pillələrə qaldırılması mövzusunda ortaq fikirlərin səsləndirildiyini, regional mövzular və terror təşkilatı DEAŞ-a qarşı mübarizə başda olmaqla terror məsələsinin təhlil edildiyini, Suriya, İraq və digər mövzularda əməkdaşlıq və terror təşkilatı DEAŞ-a qarşı mübarizənin ortaq hədəf olduğunun vurğulandığını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr