İbrahim Kalın özәl televiziya kanallarından birinə müsahibә verib

Prezident Aparatının  sözçüsü İbrahim Kalın  Suriyada terror təşkilatı DEAŞ-a qarşı əməliyyat hәyata keçirәn Türk əsgərinin  Əl Babın mərkəzinə daxil olduğunu açıqlayıb.

668166
İbrahim Kalın özәl televiziya kanallarından birinə müsahibә verib

Prezident Aparatının  sözçüsü İbrahim Kalın  Suriyada terror təşkilatı DEAŞ-a qarşı əməliyyat hәyata keçirәn Türk əsgərinin  Əl Babın mərkəzinə daxil olduğunu açıqlayıb.

Bunu  İbrahim Kalın özәl televiziya kanallarından birinə verdiyi müsahibәsindә deyib.

Suriyada davam edən ‘‘Fərat  Qalxanı’’ әmәliyyatı ilә bağlı sualları cavablandıran İbrahim Kalın: ‘‘Qoşunlarımız  Әl Babın mәrkәzinә daxil olub. Әsәdә sadiq qüvvәlәrlә qarşılaşmamaq üçün  Rusiya ilә görüşürük’’ deyib.

İbrahim Kalına dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә  ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığının tәfәrrüatları barәdә dә sual verilib.

Görüşün çox müsbət keçdiyini bildirən İbrahim Kalın  iki liderin yaxın zamanda görüş keçirmәlәri üçün hazırlıqların başlanıldığını qeyd edib.

İbrahim Kalın görüş zamanı Suriya mәsәlәsinin gündәmә gәldiyini qeyd edәrәk, ABŞ lideri Trampın Türkiyәnin 5 min kilometrlik  tәhlükәsiz  bölgәnin yaradılması ilә bağlı tәklifinә  müsbәt yanaşdığını bildirib.

İbrahim Kalın ABŞ prezidenti Donald Trampın iyulun 15-də dövlət çevrilişinə cəhd göstərən Fәtullahçı Terror Təşkilatının (FETÖ)  ABŞ-da yaşayan quldurbaşı  Fәtullah Gülənin  ekstradisiya  edilmәsi ilә bağlı işləri dərhal başladacaqlarını dediyini dә bildirib.



Әlaqәli Xәbәrlәr