Türkiyә Silahlı Qüvvәlәri PKK-ya ağır zәrbәlәr endirib

Təhlükəsizlik qüvvələri Türkiyənin sülh və əmin-amanlığını pozmağa  çalışan  terror təşkilatı PKK-ya yanvar  ayında ağır zərbələr endirib.

665411
Türkiyә Silahlı Qüvvәlәri PKK-ya ağır zәrbәlәr endirib

Təhlükəsizlik qüvvələrinin  yanvar ayında terror təşkilatı PKK-ya qarşı ölkə daxilində və xaricində keçirdiyi əməliyyatlar nəticəsində 90 terrorçu məhv edilib.

Bu  çərçivəsində  bir çox  şəhərdə  keçirilən əməliyyatlar zamanı  saxlanılan  746 nəfərdən 516-ı  həbs olunub.

Türkiyə Silahlı Qüvvələrinin şərq və cənub-şərqdə apardığı əməliyyatlar davam edir.

Təhlükəsizlik qüvvələri terror təşkilatına qarşı Hakkari, Mardin, Muş, Diyarbəkir, Bitlis, Ağrı, Şırnak, Tunceli, Siirt, Batman və Bingöldə əməliyyatlar  həyata keçirib.

 Əməliyyatlar nəticəsində terror təşkilatına aid çox sayda silah-sursat ələ keçirilib.



Әlaqәli Xәbәrlәr