Mövlud Çavuşoğlunun Latın Amerikası səfərinin 3-cü dayanacağı Dominikan Respublikası oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Latın Amerika səfərinin 3-cü dayanacağı Dominikan Respublikası oldu.

664380
Mövlud Çavuşoğlunun Latın Amerikası səfərinin 3-cü dayanacağı Dominikan Respublikası oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Latın Amerika səfərinin 3-cü dayanacağı Dominikan Respublikası oldu.

  Çavuşoğlu burada ilk olaraq Dominikan Respublikasının xarici işlər naziri Migel Vargas ilə bir araya gəldi.

  Gündəlikdə  ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə vardı.

  Görüşdə Turizm Əməkdaşlıq Müqaviləsi imzalandı.

 Sonra nazirlər kameraların qarşısına keçdilər.

  FETÖ ilə mübarizədə Dominikan Respublikasının verdiyi dəstəyə görə təşəkkür edən Çavuşoğlu: "Dominikan respublikası FETÖ ilə mübarizəmizə dəstək verərək, FETÖ ilə əlaqəsi olan məktəbləri bağlama qərarı qəbul edən ilk ölkələrdən biri oldu" dedi.

 Ankarada 7 illik fasilədən sonra İsrail ilə keçirilən ilk siyasi məsləhətləşmələr barəsində də danışan Çavuşoğlu: "Türkiyənin Qəzza və Fələstin məsələsindəki mövqeyi dəqiqdir" deyərək toplantının faydalı keçdiyini bildirdi.

 İsraillə münasibətlərin normallaşma prosesində Türkiyənin ortaya qoyduğu üç şərtin yerinə yetirildiyini də xatırladan Çavuşoğlu: "Cənab prezidentimiz hər zaman üç şərtin vacibliyini vurğulamışdır. Bunlardan biri üzr və təzminatla yanaşı Fələstin və Qəzza üzərindəki məhdudiyyətlərin qaldırılmasıdır. Münasibətlərin normallaşmasından etibarən Qəzzaya etdiyimiz yardımların miqdarı da hər keçən gün artır" dedi.

 Çavuşoğlu Dominikan Respublikasından sonra Meksikaya gedəcək və beləliklə, xarici işlər nazirinin Latın Amerikası səfəri başa çatacaq.



Әlaqәli Xәbәrlәr