Türkiyәnin Xarici İşlәr Nazirliyi İsrailә reaksiya göstәrib

Türkiyәnin Xarici İşlәr Nazirliyi  İsrailin yəhudi məskunlaşma məntəqələrini genişlətmə planına  kəskin etirazını bildirib.

663568
Türkiyәnin Xarici İşlәr Nazirliyi  İsrailә reaksiya göstәrib

Türkiyәnin Xarici İşlәr Nazirliyi İsrailin Fələstin torpaqlarında  yəhudi məskunlaşma məntəqələrini genişlətmə planına  kəskin etirazını bildirib.

Xarici İşlәr Nazirliyindәn bununla bağlı verilәn yazılı açıqlamada deyilir: ‘‘İsrail hökumətinin işğalı  altındakı Fələstin torpaqlarında daha 3 min mənzilin inşa edilmәsinә  razılıq verməsini qınayırıq’’.

 Açıqlamada hәmçinin  beynəlxalq ictimaiyyətin  xəbərdarlıqlarına baxmayaraq İsrailin sülh zəminini və iki dövlətli həll imkanını təhdid  edən bu cür  addımlara davam etməsinin narahatlıq doğurduğu qeyd olunub.



Әlaqәli Xәbәrlәr