Baş nazir Yıldırım: “Türkiyənin gündəmində daha terror olmayacaq”

Baş nazir Binali Yıldırım, ədalət və inkişaf partiyasının mərkəz binasında təşkil edilən “İlin qeyri-hökumət fərqindəlik Mükafatları” mərasiminə qatılıb.

663368
Baş nazir Yıldırım: “Türkiyənin gündəmində daha terror olmayacaq”

Baş nazir Binali Yıldırım tədbirdə etdiyi çıxışında, terroru ölkə gündəmindən çıxaracaqlarını ifadə edərək: “Güclü iqtisadiyyat, məşquliyyət, rifah və ölkəmizin hər küncündə insanlarımızın xoşbəxt olmaları, təhlükəsizliyin hökm sürdüyü mühitdə yaşaması üçün səylərimiz davam edəcək” deyə vurğulayıb.

Baş nazir Yıldırım, prezident rejiminə keçilməzsə nə olacaq deyə ünvanladığı suala belə cavab verib: Çüt başlılıq davam edəcək. Yəni həm güclü parlament sistemi həm də xalqın birbaşa seçdiyi prezident olacaq. Bu doğru deyil. Bir kresloda iki kapitan olmaz. Kapitan tək olmalı. Rəhbərlər müvəqqətidir. Əsas olan vətəndir. Əgər Kreslo sevdalısı olsaq, belə bir dəyişiktliyi yüksək qiymətləndirmərik. Anamüxalifət partiyasının sədri deyir ki, təzyiqlə konstitusiyaya dəyişiklik olmaz. Belə bir sual vermək istəyirəm: Millətin iradəsini hara təmsil edir?. Əlbətdəki Məclis. Bəs konstitusiyaya dəyişikliyi təzyiqə əsaslandırmaq, milli iradəni inkar etmək olar.

 



Әlaqәli Xәbәrlәr