Türkiyә әhalisinin sayı açıqlanıb

Türkiyәnin  79 milyon 814 min 871 nәfәr әhalisi var.

662351
Türkiyә әhalisinin sayı açıqlanıb

Türkiyәnin  79 milyon 814 min 871 nәfәr әhalisi var.

Bu barәdә Türkiyә Statistika Komitәsinin yayımladığı hesabatda bildirilib.

Statistik göstәricilәrә әsasәn  2015-ci  ildə 78 milyon 741 min 53 nəfər olan ölkə əhalisi 2016-cı ildә 1 milyon 73 min 818 nәfәr artıb.

Əhalinin ümumi sayından 50.2 % ( 40 milyon 43 min 650 nәfәr) kişilәrin,  49.8 % ( 39 milyon 771 min 221nәfәr) qadınların  payına düşür.

Mәlumata görә, 2015-ci ildә 92.1 %  olan  şәhәr  vә  rayonlarda yaşayanların sayı  2016-cı ildә  92.3% olub.

Kәndlәrdә isә yaşayanların sayında 7.7 % artım müşahidә olunub.



Әlaqәli Xәbәrlәr