Türkiyədə ilin ilk Milli Təhlükəsizlik Şurası iclası

Türkiyədə ilin ilk Milli Təhlükəsizlik Şurası bu gün ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığıyla toplanacaq.

662088
Türkiyədə ilin ilk Milli Təhlükəsizlik Şurası iclası

   Toplantıda Suriyanın şimalının terrorçulardan təmizlənməsi üçün 24 avqustda Türkiyənin rəhbərliylə başlanan    Fərat Qalxanı Hərəkatı, terrorla mübarizə və iqtisadi proseslər müzakirə olunacaq.

  Cumhurbaşkanlığı İqamətgahında toplanacaq Milli Təhlükəsizlik Şurası bu gün günorta saat 2-də başlayacaq.

  İlin ilk Milli Təhlükəsizlik Şurasında həm də Türkiyə - Avropa İttifaqı əlaqələri, Qıbrız danışıqları, pul bazarlarının vəziyyəti və Donald Trampdan sonra Amerika Birləşmiş Ştatları ilə münasibətlərin yeni dövrü mövzuları müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr