Mövlud Çavuşoğlu Latın Amerikasına sәfәr edәcәk

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Latın Amerikasına sәfәr edәcәk.

661329
Mövlud Çavuşoğlu Latın Amerikasına sәfәr edәcәk

Səfər çərçivəsində nazir Mövlud Çavuşoğlunun  bir sıra ikitərəfli görüşlər keçirməsi  gözlәnilir.

Mәlumata görә, Mövlud Çavuşoğlunun  ilk dayanacağı Argentina olacaq.

Sәfәr çәrçivәsindә Türkiyә vә Argentina arasında "Gömrük Məsələlərində Əməkdaşlıq və Qarşılıqlı Yardım’’ müqavilәsi  imzalanacaq.

Nazir Çavuşoğlu  daha sonra Paraqvaya keçәcәk.

Səfər çәrçivәsindә  Türkiyə və Paraqvay arasında "İkitərəfli Hava Nəqliyyatı’’ilә  "Dostluq və Əməkdaşlıq’’ müqavilәlәrinin  imzalanması nəzərdə tutulur.

Mövlud Çavuşoğlunun  Dominikan Respublikasına edәcәyi sәfәri çәrçivәsindә isә ikitәrәfli münasibәtlәrin  inkişaf etdirilmәsi  vә regional tәşkilatlarla әmәkdaşlıq imkanları mövzularının müzakirә olunması gözlәnilir.

Qeyd edәk ki, XİN rәhbәrinin  son dayanacağı isә Meksika olacaq.



Әlaqәli Xәbәrlәr