Rəcəb Tayyib Ərdoğan "Twitter"də ən çox təqibçisi olan dünya liderlərindən biridir

Türkiyə prezidentini "Twitter"də 9 milyon 810 min 98 nəfər təqib edir.

661038
Rəcəb Tayyib Ərdoğan "Twitter"də ən çox təqibçisi olan dünya liderlərindən biridir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter"də ən çox təqibçisi olan dünya liderlərindən biridir.
 
 Mərkəzi New Yorkda yerləşən qlobal ictimaiyyətlə əlaqələr firması "Burson-Marsteller" 2016-ci ildə dünya liderlərinin və hökumətlərinin "Twitter"dəki təqibçi sayı və aktivliyini ölçmək üçün araşdırma apardı.
 
 Araşdırmaya görə, "Twitter"də ən çox təqib edilən şəxs qısa müddət əvvəl prezidentlik kürsüsünü Donald Trumpa təhvil verən ABŞ-ın sabiq prezidenti Barack Obamadır. Obamanın 83 milyondan çox təqibçisi var.
 
 Katoliklərin ruhani lideri Papa Franciscus 31 milyon təqibçi ilə ikinci yerdədir.
 
 Üçüncü yerdə isə 26 milyon təqibçi ilə Hindistanın baş naziri Narendra Modi gəlir.
 
 ABŞ-ın yeni prezidenti Donald Trumpı 24 milyon insan təqib edir. Trump "Twitter" reytinqində beşini yeri tutur.
 
 Dünya miqyasında təqibçi sayı ilə ön sıralarda yer alan digər bir  lider Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır.  İstifadəçi adı @RT_Erdogan olan Türkiyə prezidentini 9 milyon 810 min 98 nəfər təqib edir. Ərdoğan bu rəqəmlə təqib edilən liderlər arasında altıncı yerdədir və hər gün hesabın təqibçi sayında artım müşahidə edilir.
 
 Ərdoğan "Twitter" təqibçilərini cavabsız qoymamağa çalışır. Dövlət başçısı son dəfə:"Əlilin əlindən bu qədər gəlir. Prezidentim rəsmimi görər, inşallah. Sizi çox sevirəm" yazaraq çəkdiyi rəsmi bölüşən əlil Gülşah Yağmur Yazıcıya  rəsmi hesabından təşəkkür etmiş və sonra da Yazıcını Prezident Sarayında qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr