Türkiyə XİN Yunanıstan Ali Məhkəməsinin qərarına etiraz etdi
Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Ali Məhkəməsinin Fəthullahçı Terror Təşkilatı Paralel Dövlәt İdarәçiliyinin (FETÖ) bu ölkəyə qaçmış 8 üzvünü geri qaytarmaqdan imtina edilməsinə dair qərarına kəskin etirazını bildirib.
![Türkiyə XİN Yunanıstan Ali Məhkəməsinin qərarına etiraz etdi](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/79e9/7bd4/8a7a/5874edce5f9c0.jpg?time=1718876180)
Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Ali Məhkəməsinin Fəthullahçı Terror Təşkilatı Paralel Dövlәt İdarәçiliyinin (FETÖ) bu ölkəyə qaçmış 8 üzvünü geri qaytarmaqdan imtina edilməsinə dair qərarına kəskin etirazını bildirib.
Türkiyə Xarici İşlәr Nazirliyindən bununla bağlı verilən yazılı açıqlamada deyilir: Türkiyədə demokratik quruluşu hədəfə alan, 248 vətəndaşımızın şəhid olması, 2193 nəfərin isə yaralanması ilə nəticələnən dövlət çevrilişi cəhdində fəal iştirak edən şəxslərin ölkəmizdə ədalət mühakiməsi qarşısına çıxarılmasına maneçilik törədən bu qərara etiraz edirik.
Açıqlamada qeyd olunur ki, Yunanıstan Ali Məhkəməsinin bu qərarına qarşı bütün hüquqi vasitələrdən istifadə ediləcək, cinayətkarların geri qaytarılması və mühakimə olunması istiqamətində səylər davam etdiriləcək.
XİN-in açıqlamasında, eyni zamanda, qərarın siyasi amillərlə bağlı olduğu vurğulanır, bu addımın ikitərəfli və regional məsələlərdə birgə fəaliyyətə təsiri ilə bağlı dəyərləndirmələrin aparılacağı bildirilir.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718876181)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718876181)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq