Ərdoğan şəhərsalma şurası yığıncağında çıxış  edib

Şəhərsalma şurası yığıncağı prezident administrasiyasındakı Beştəpə Millət Mədəniyyət və Konqres Mərkəzində keçirilib.

660455
Ərdoğan şəhərsalma şurası yığıncağında çıxış  edib

Prezident Rəcəb Tayyıb Ərdoğan tədbirdə etdiyi çıxışında: “Şəhərlə insan arasındakı əlaqə, insan prioritetli olmazsa, yaşadığımız ətraf, mənəvi ölçüsüylə üzərimizə çökməyə başlar. Ekologiya ilə əlaqəli çətinliklər, yalnız Türkiyəyə məxsus deyil. Dünyanın müxtəlif ölkələrində də bənzər problemlər yaşanır. Kənd və şəhərlərin əhali sayı arasındakı tarazlıq sürətlə pozulur. 1950-ci ildə Türkiyə əhalisinin yalnız 25 % faizi şəhərlərdə yaşarıdı. İndi isə bu rəqəm 90% -dən çoxdur” deyə vurğulayıb.

Qərbdə bir növ arxitektura məntiqinin hökm sürdüyünü, eyni memarlıq üslubu ilə inşa edilmiş minlərlə binanın olduğunu ifadə edən prezident Ərdoğan, Türkiyənin belə bir memarlıq tərzini, yəni nizamlı, lakin xarakteri olmayan şəhərləşmə modelini mənimsəməsinin mümkün olmadığını qeyd edib.

Şərqi Afrika ölkəlirinə reallaşdırdığı səfərə də toxunan Ərdoğan: “Qarşıdakı dövrdə feto / PDY-nin bu coğrafiyada yaratdığı təxribatları aradan qaldıracayıq. Əməkdaşlıq çərçivəsində güçlü addımlar atacayıq. Səfərim çərçivəsində görüşdüyüm liderlər, fətonun gerçək üzünü bilmədiklirini, ancaq məlumat verdikdən sonra, bu sahədə lazımlı addımları atacaqlarını səsləndirməyə başladılar”  deyə  qeyd  edib.   

Baş nazir Binali Yıldırım da tədbirdə etdiyi çıxışında alçaq separatçı terror təşkilatının ağır təxribat yaratdığı Cənubşərqi Anadoludakı bəzi yaşayış yerlərində 35 min mənzilin tikinti işlərinə başlandığını və işlərin sürətlə davam etdiyini, bir ilə qədər, vətəndaşlara təhvil veriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr