Türkiyə, Rusiya və İran üçlü mexanizm qurur

Suriyada 6-cı ildir davam edən vətəndaş müharibəsində mühüm addımlardan biri Türkiyənin də iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada atıldı.

659582
Türkiyə, Rusiya və İran üçlü mexanizm qurur

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə, Rusiya və İran tərəfindən atəşkəsin nəzarəti üçün üçlü mexanizm qurulması qərarını “Bölgəmizdəki bütün problemlərin keçilməsi bizim ən böyük təmmənamızdır'' sözləriylə qiymətləndirdi. Baş nazir Binəli Yıldırım də öz növbəsində Astana danışıqlarını “diplomatik müvəffəqiyyət'' adlandırdı.

  Astana Sammitində iki mühüm mövzu Astana müstəvisindəydi: Suriyada atəşkəs və humanitar yardım məsələləri.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Madaqaskar səfərində Astanadakı qərarlara münasibət bildirərək dedi: "Konkret addımlar atmaq, nüfuzlardan istifadə edərək atəşkəs rejimini gücləndirmək, qayda pozuntularını minimuma endirmək, şiddəti azaltmaq, etibarı artırmaq, insan ölümünün qarşısını almaq və Suriyada vətəndaşları qorumaq üçün qərar verdik. Bölgəmizdəki bütün problemlərin keçilməsi ən böyük təmmənamızdır”.

  Baş nazir Binəli Yıldırım da danışıqları “diplomatik müvəffəqiyyət” adlandıraraq dedi: "Astanadan xeyirli nəticələr doğacaq. Artıq Suriyada qalıcı həll prosesi başladı. Atəşkəsə riayət edilməsiylə bağlı razılaşma təmin edildi. Bundan sonrası siyasi çözümlər dövrüdür."



Әlaqәli Xәbәrlәr