"Fövqəladə vəziyyət vətəndaş üçün yox, dövlət üçün elan olunub",B.Yıldırım

Baş nazir Binəli Yıldırım xain Fətullahçı Terror Təşkilatına mənsub olanların başqa yolla təmizləmə imkanının olmadığını söyləyib.

659687
"Fövqəladə vəziyyət vətəndaş üçün yox, dövlət üçün elan olunub",B.Yıldırım

Baş nazir Binəli Yıldırım Türkiyədə qüvvədə olan fövqəladə vəziyyətin vətəndaş üçün yox dövlət üçün elan olunduğuna diqqət çəkərək, xain Fətullahçı Terror Təşkilatına mənsub olanların başqa yolla təmizləmə imkanının olmadığını söyləyib.

Baş nazir  iştirak etdiyi bir tədbirdə etdiyi çıxışda deyib ki, ölkədəki fövqəladə vəziyyət davam edəcəkdir. Bu prosesdə dövlətdəki işindən çıxarılanlarla əlaqəli yol bağlıdır. Buna görə 70 minə yaxın şəxsi müraciət Konstitusiya Məhkəməsində gözlədilir. Edilən dəyişikliklə etiraz yolunu hüquq maddələrinə əsaslandırdıq.

Etiraz komissiyası qurulduğunu xatırladan baş nazir Binəli Yıldırım bildirib ki, komissiya etirazları tədqiq edəcək, daha sonra işdən çıxarılanlar ya geri qayıdacaq yaxud da İdarənin qərarı doğru qərardır deyə qəbul edəcək. Bundan sonra artıq dövlət işindən çıxarılanlara məhkəmə yolu açılmışdır.

Bu dəşikliklərə görə fövqəladə vəziyyət müddətində də məhkəmə yolunun açıq olduğunu diqqətə çatdıran Yıldırım zərər çəkənlərin problemlərinin həll olunacağını deyib. “Türkiyə hüquq dövlətidir, hər kəs haqqına, hüququna yiyə duracaqdır, amma ölkəyə xəyanət edənlər də  əsla əfv edilməyəcəkdir”-deyə baş nazir ifadə edib.



Әlaqәli Xәbәrlәr