Baş nazir Binali Yıldırım Trumpa çağırış edib

Türk hökuməti təcrübələrini Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ilə bölüşməkdə hazırdır. Bunu Türkiyənin Baş naziri Yıldırım deyib.

659456
Baş nazir Binali Yıldırım Trumpa çağırış edib

Baş nazir Binali Yıldırım, Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət şöbələri sədrlərinin yığıncağında etdiyi çıxışında ABŞ-ın yeni başçısı Trumpın verdiyi vədləri xatırladaraq: “Trump dəmiryolları, yollar, hava limanları inşa edəcəyini irəli sürür. Belə nəhəng layihələrin həyata keçirilməsində təcrübələrimizi bölüşərək lazımlı dəstəyi verməkdə hazırıq. Bunun zarafat olmadığını ABŞ-ın əksinə Türkiyədə sürətli qatarın olması göz önünə sərir” deyə vurğulayıb.

Baş nazir Yıldırım, Asiya və Avropa qitələrini və İzmit körfəzini birləşdirən Yavuz Sultan Səlim Körpüsü və Osman Qazi Körpüsü ilə birlikdə 19 min kilometr yol, 26 havalimanı kimi nəhəng layihələrin həyata keçirildiyini ifadə edərək: “Kimsə Türkiyəni fərqli gözlə görməsin. Berlin Havalimanının açılışı altıncı dəfə təxirə salınıb. Ancaq biz dünyanın ən böyük havalımanını 26 Fevral 2018-ci ildə istifadəyə verəcəyik” deyib.

 



Әlaqәli Xәbәrlәr