Hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 16 terrorçu mәhv edilib

Türkiyәnin Tünceli şәhәrindә ötәn ilin mart ayından etibarәn keçirilәn әmәliyyatlar nәticәsindә terror tәşkilatı DHKPC-nin 16 üzvü mәhv edilib.

656528
Hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 16 terrorçu mәhv edilib

Türkiyәnin Tünceli şәhәrindә ötәn ilin mart ayından etibarәn keçirilәn әmәliyyatlar nәticәsindә terror tәşkilatı DHKPC-nin 16 üzvü mәhv edilib.

Tәhlükәsizlik qüvvәlәri ötәn ilin aprel ayında  Atadoğdu  bölgәsindә  hәyata keçirdiklәri әmәliyyat nәticәsindә 1 terrorçunu ölü, birini dә yaralı  әlә keçirib.

Mәlumata görә, noyabrın 7-dә Hozat rayonunun Dalörәn  bölgәsindә  әmәliyyat keçirilib. Әmәliyyat nәticәsindә terrorçulara aid olduğu guman edilәn  bәdәnlәri patçalanmış  5 cәsәd tapılıb.

Malatya Mәhkәmә Ekspertizası mәrkәzinә göndәrilәn meyitlәrin terrorçulara aid olduğu, hәmçinin  mәhv edilәn terrorçuların sayının 5 deyil  7 olduğu müәyyәn edilib.

Tәhlükәsizlik qüvvәlәri dekabrın 6-da Tunceli-Ovacık avtomaqistral yolunda  polislәrә hücum etmәyә cәhd göstәrdiyi  zaman zәrәrsizlәşdirilәn bir  terrorçu ilә  dekabrın 28-dә Hozat qәsәbәsinin Aşağısavalilәr bölgәsindә hәyata keçirilәn әmәliyyat nәticәsindә mәhv edilәn  2 terrorçunun üzәrindә tapılan qeydlәri araşdırıb.

Mәlumata görә,   noyabr ayında hәyata keçirilәn әmәliyyat nәticәsindә 7 terrorçunun  deyil 10 terrorçunun  mәhv edildiyi, yüngül şәkildә yaralanan 3 terrorçunun  da  qaçdığı  müәyyәn edilib.

Tәhlükәsizlik qüvvәlәri 3 terrorçudan birinin  dekabrın  6-da Tunceli-Ovacık avtomaqistral yolunda polis mәntәqәsinә hücum etdiyi zaman, digәrlәrinin dә  dekabrın 28-dә Aşağısavalilәr  bölgәsindә  mәhv edidiklәrini müәyyәnlәşdirib. 



Әlaqәli Xәbәrlәr