'TRT Xəbər Radio'  yayım həyatına başladı

Türkiyənin yeni xəbər radiosu “TRT Xəbər Radio” yayım həyatına başlayıb.

652453
'TRT Xəbər Radio'  yayım həyatına başladı

Radio yayımlarının yeni ünvanı olan TRT Xəbər Radionun ilk canlı yayım qonağı TRT-nin baş direktörü Şenol Göka oldu.

Baş direktör Şenol  Göka ilə yanaşı TRT Xəbər və İdman Yayımları şöbəsinin sədr müavini Kudrət Doğandemir də ilk canlı yayıma qatılıb.

Belə bir layihəyə zərurət olduğunu  ifadə  edən  Şenol Göka, TRT xəbər radiosunun görüntüsünü “fərqli xəbər yayımı ” olaraq xarekterizə  edib. Radio yayım məntiqinin  fərqliliyindən   danışan Göka, bu sahədə yeni addımlar atmaq və mövcud vəziyyəti inkişaf etdirərək dinləyicilərlə daha güçlü əlaqə yaradmağı məqsəd götürdüklərini  qeyd  edib.   Uzun və zəhmətli fəaliyyətin məhsulu olan TRT Xəbər Radiosunun yaradılması qərarına, Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin 15 iyul çevriliş cəhdindən sonra gəlindiyini     bildirib  və  TRT xəbər radiosunun əhəmiyyətini vurğulayıb.

TRT-in həm televiziya, həm də radio kanallarındakı reytinqinə də toxunan Baş direktör Şenol Göka, TRT-nin reytinqinin yüksək olduğunu və Türk xalqının 50% -dən çoxunun TRT kanallarını izlədiyini, bunun üçün minnətdarlığını bildirdiyini qeyd  edib.  

TRT Xəbər Radio, yayım həyatında yeni xəbərlə  yanaşı mədəni və bədii fəaliyyətlərlə əlaqədar verilişlərə də üstünlük verəcək. Xəbər radiosunu ilk mərhələdə 28 vilayətdə daha sonra 60-a qədər şəhər və qəsəbədə dinləmək  mümkün  olacaq.

TRT Xəbər radiosunun tezlikləri belədir: Ankara 95.0, İstanbul 88.8, İzmir üçün 94.1 MHZ.

 



Әlaqәli Xәbәrlәr