Binәli Yıldırım: ‘‘Bu xәyalı hәyata keçirәn Rәcәb Tayyib Әrdoğan olub’’

Türkiyәnin Baş naziri Binәli Yıldırım Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət  İdarәçiliyi (FETÖ/PDY), DEAŞ və digər terror təşkilatlarını Türkiyənin gündəmindən çıxaracaqlarını deyib

651441
Binәli Yıldırım: ‘‘Bu xәyalı hәyata keçirәn Rәcәb Tayyib Әrdoğan olub’’

Türkiyәnin Baş naziri Binәli Yıldırım Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyi (FETÖ/PDY), DEAŞ və digər terror təşkilatlarını Türkiyənin gündəmindən çıxaracaqlarını deyib.

Binәli Yıdırım Әdalәt vә İnkişaf Partiyasının  Gənclər Birliyi tərəfindən Körfəz konqres mərkəzində  tәşkil edilәn 2-ci  Əbdülhəmid Xanı anma mәrasimindә iştirak edib.

Baş nazir Binәli Yıldırım burdakı  çıxışında: ‘‘Bölgәmizdә  təəssüf ki, 6 ildir davam edən qeyri-sabitlik  vətəndaş müharibəsi, milyonlarla insanın yerlərindən didәrqin düşmәsinә sәbәb olub. 3  milyon  Suriyalı vә  İraqlı qardaşımıza qucaq açdıq, çörəyimizi bölüşdük. Hər kəs bunu bilməlidir, çörəyimizi bölərik amma bu vətəni bölmәlәrinә әsla icazә vermәrik’’ deyib.

‘‘Osmanlı  coğrafiyasındakı  əsərlərin hər birinin altında Əbdülhəmidin imzası var. Marmaray  layihəsi də Əbdülhəmidin xəyalı idi. Bu xəyali həyata keçirən Rəcəb Tayyib Ərdoğan olub" deyә Türkiyәnin baş naziri Binәli Yıldırım qeyd edib.



Әlaqәli Xәbәrlәr