R.T. Ərdoğan: ''Rum icması və zəmanətçi ölkə olan Yunanıstan fərqli şeylər gözlәyir''

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Şimali Kıbrıs Türk Cümhuriyyәtinin  problemin həllinə dair lazımlı addımları atmaqda davam etdiyini  ancaq Rum İcması və zəmanətçi ölkə olan Yunanıstanın  fərqli şeylər gözlәdiyini  deyib.

651168

Rəcəb Tayyib Ərdoğan İstanbulda verdiyi açıqlamada İsveçrənin Cenevrə şəhərində davam edən Kıbrıs müzakirələrinə toxunub.

Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs Türk Cümhuriyyәtinin  problemin həllinə dair lazımlı addımları atmağa  davam etdiyini  ancaq Rum İcması və zəmanətçi ölkə olan Yunanıstanın  fərqli şeylər gözlədiyini qeyd edәrәk: “Türk əsgərlәri  Kıbrısdan  ayrılmayacaq’’ deyib.

Annan Planının artıq  etibarlı olmadığını qeyd edәn R.T. Ərdoğan: “Hazırda  yeni  müzakirə prosesi mövcutdur. Birə dörd, qəbul  edilməz  təklifdir.  Yəni bir dövr Şimali Kıbrıs Türk Cümhuriyyәti  4 dövr isə Cənubi Kıbrıs Rum icması rəhbərlik   etsin,  belə  bir sistem  olmaz. Bu məsələni daha əvvəl də müzakirə etmişdik  1-ə 2, yəni rəhbərlik  bir dövr Şimali Kıbrıs Türk Cümhuriyyәti  iki dövr Cənubi Kıbrıs Rum icmasınında olacaqdı. Ən ədalətli olan da budur’’ deyә bildirib.

Valyuta məzənnəsinin artmasına da toxunan Rәcәb Tayyib Ərdoğan məsələnin bu həftə keçiriləcək iclasda müzakirə ediləcəyini ifadə edərək: “Narahat olacaq bir vәziyyәt yoxdur. Ancaq mən millətimə daha bir daha çağırış edirəm ki, əlindəki pulu Türk lirəsinə çevirsin”.

Әlaqәli Xәbәrlәr