‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә daha 18 terrorçu mәhv edilib

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’  әmәliyyatı çәrçivәsindә  DEAŞ-a aid 228 hәdәf mәhv edilib, hәyata keçirilәn hava vә quru әmәliyyatlarında 18 terrorçu zәrәrsi

651226
‘‘Fәrat Qalxanı’’  әmәliyyatı çәrçivәsindә  daha 18 terrorçu mәhv edilib

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’  әmәliyyatı çәrçivәsindә  DEAŞ-a aid 228 hәdәf mәhv edilib, hәyata keçirilәn hava vә quru әmәliyyatlarında 18 terrorçu zәrәrsizlәşdirilib.

‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә bu günәdәk 1518-i ölü olmaqla 1775 DEAŞ vә 310 PKK/PYD terror tәşkilatlarının üzvü  mәhv edilib.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah Rәisliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә,  әmәliyyat çәrçivәsindә bu günәdәk  Türkiyә Hava Qüvvәlәri tәrәfindәn terror tәşkilatına aid 1141 hәdәfә 1233 bomba atılıb.

Ölkә daxilindә dә separatçı terror tәşkilatına ağır zәrbәlәr endirilib.

Şırnak, Diyarbəkir, Batman və Bingöldə müəyyən edilən 53 sığınacaq vә  ələ keçirilən çox sayda silah və sursat məhv edilib.

Hәyata keçirilәn әmәliyyatlar nәticәsindә  8 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr