Türkiyə sadəcə 2016-cı ildə 37 min qaçqını ölümdən xilas etdi

Xarici İşlər Nazirliyinin “2023-cü ilə doğru: Milli Dəyərlər və Qlobal Hədəflər”  mövzulu 9-cu Səfirlər Konfransı davam edir.

650316
Türkiyə sadəcə 2016-cı ildə 37 min qaçqını ölümdən xilas etdi

Xarici İşlər Nazirliyinin “2023-cü ilə doğru: Milli Dəyərlər və Qlobal Hədəflər”  mövzulu 9-cu Səfirlər Konfransı davam edir.

Konfrans xeyli sayda xarici qonağa da ev sahibliyi edir.

Beynəlxalq Miqrasiya Təşkilatının direktoru Vilyım Şving konfransda çıxış edərək Türkiyənin miqrantlarla əlaqəli cəhdlərinə diqqət çəkib.

Türkiyənin dünyadaki ən böyük qaçqın əhali sayına ev sahibliyi etdiyini vurğulayan direktör deyib ki, bu, Türkiyənin və Türk insanının sahib olduğu humanist mövqeyinin göstəricisidir.

Təşkilat olaraq əməkdaşlıq etdikləri Türkiyənin Sahil Mühafizə Komandirliyinə təşəkkür edən Şving bildirib ki, Türkiyə Sahil Mühafizə Komandirliyi sadəcə 2016-cı ildə 37 min qaçqını ölümdən xilas etdi.

Mühacirətə yaxşı nəzarət ediləcəyi təqdirdə insanlara və iqtisadiyyatlara xeyrinin olacağını qeyd edən Şving onu da deyib ki, Türkiyənin Daxili İşlər Nazirliyində Köç İdarəsi Müdirliyinin vəzifə yeritməsi mənə ciddi təsir etdi. Bu, köçə nəzarət edilməsinin vacibliyini bildiyinizin göstəricisidir. Türkiyə  insanların ölümdən xilas edilməsinə üstünlük verir.

Türkiyənin “sərhədlərin nəzarətinə insani yanaşma” siyasəti tətbiq etdiyini vurğulayan Beynəlxalq Miqrasiya Təşkilatının direktoru Vilyım Şving bunun örnək olmasının vacibliyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr