Konstitusiya dəyişikliyi təklifinin 6,7, və 8-ci  maddələri qəbul edilib

Təklifin 6-cı maddəsi 343 səslə qəbul edilib.

650656
Konstitusiya dəyişikliyi təklifinin 6,7, və 8-ci  maddələri qəbul edilib

Təklifin 6-cı maddəsi 343 səslə qəbul edilib.

6-cı maddə Məclisin nəzarət səlahiyyətlərini yenidən nizamlayır. Buna görə, baş nazir, “Nazirlər kabineti və etimad”  ifadələri konstitusiyadan çıxarılır.

Nəzarət yolları; “Məclis araşdırması, Məclis istintaqı, ümumi görüş və yazılı sual” olaraq müəyyənləşdirilir.

Təklif pakətinin 7-ci maddəsi isə 340 səslə qəbul edilib.

Bu maddədə partiyalı cümhurbaşqanı olmağın yolu açılır.

Cümhurbaşqanı nümizədlərində olması lazım olan xüsusiyyətlər və cümhurbaşqanlığı seçkisinin necə keçiriləcəyi nəzərdə tutulub.

Təklifin 8-ci maddəsi də 340 səslə qəbul edilib.

Maddəyə əsasən, cümhurbaşqanı “dövlətin və icranın başçısı” olaraq təsvir olunub.

Cümhurbaşqanına qanunda açıq şəkildə nizamlanan durumlardan savayı icra ilə əlaqəli fərman qəbul etmə səlahiyyəti tapşırılır.

Maddəyə görə cümhurbaşqanı, müavinlərini və nazirləri təyin edəcək, vəzifələrinə son qoya biləcək.



Әlaqәli Xәbәrlәr