Türkiyədə 9-cu Səfirlər Konfransı davam edir

Türkiyə Xarici işlər Nazirliyinin "2023-ə Doğru: Milli Dəyərlər və Qlobal Hədəflər" mövzusunda  təşkil etdiyi 9-cu Səfirlər Konfransı davam edir.

648565
Türkiyədə  9-cu Səfirlər Konfransı davam edir

Türkiyə Xarici işlər Nazirliyinin "2023-ə Doğru: Milli Dəyərlər və Qlobal Hədəflər" mövzusunda  təşkil etdiyi 9-cu Səfirlər Konfransı davam edir.
 
 Konfrans bir sıra xarici işlər nazirlərinə də ev sahibliyi edir.
 
 Gürcüstan xarici işlər naziri Mixail Janelidze ənənəvi hal alan konfransın ilk xarici qonağı oldu.
 
 Janelidze konfransda Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş təşəbbüsünü dəyərləndirdi.
 
 Dövlətini və demokratiyasını böyük fədakarlıq göstərərək yalın əllərlə müdafiə edən Türk xalqının cəsarətini vurğulamaq istədiyini deyən Janelidze: "O xain cəhddən sonra Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Türkiyə demokratiyasının yanında olduğunu bildirdi. Gürcüstan Türkiyəyə və Türk xalqına güclü dəstəyini ifadə edən ilk ölkələrdən biri oldu. Türkiyə bütün bu baş verənlərdən sonra daha da güclənəcək "dedi.
 
 Xarici işlər naziri Mövlud Cavuşoğlu da, Türkiyə - Gürcüstan münasibətlərinin heç bir problem olmadan inkişaf etdiyini vurğuladı.
 
 Türkiyənin Gürcüstanın regional bütövlüyünə və suverenliyinə əhəmiyyət verdiyini və Gürcüstana bu istiqamətdə verilən dəstəyin də davam edəcəyini qeyd edən Çavuşoğlu:"Gürcüstan ilə heç bir siyasi problemimiz yoxdur, bir-birimizi dəstəkləyirik. Bütün regional çətinliklərə baxmayaraq, ikitərəfli ticarət dövriyyəmizdə artım var" deyə danışdı.



Әlaqәli Xәbәrlәr