Baş nazir müavini Veysi Kaynakdan, Amerikalı rəsminin sözlərinə reaksiya

Baş nazir müavini Veysi Kaynak, Türkiyənin müttəfiqlərinin, silahla təmin etdikləri separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD-ni sülh masasına dəvət etmələrinə sərt reaksiya verib.

649190
Baş nazir müavini Veysi Kaynakdan, Amerikalı rəsminin sözlərinə reaksiya

Kaynak, Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı tərəfindən təşkil edilən 'Qızıl Aypara Kartı' paylama mərasimində etdiyi çıxışında PKK-nın Suriya qruplaşması PYD-yə xarici ölkələrin dəstəyinə diqqət çəkərək: Cinayətkarlar Suriya ilə əlaqəli sülh danışıqlarına qatılmamalıdılar. Bunu hər kəs bilməlidir ki, cinayətkar sülh tələb etməz. Avropa İttifaqı sülh danışıqlarının müasir dünya üçün təhlükəsizlik məsələsi olduğunu idrak etməli. Biz buna laqeyd qalsaq, çıxacaq yanğından bütün dünya təsirlənər” deyə vurğulayıb.

Terrora qarşı mübarizənin yalnız Türkiyənin problemi olmadığını ifadə edən Kaynak, qaçqınlara yardım mövzusuna da diqqət çəkərək : “Gəlin bu yükü bölüşək. Qırzıl Aypara Kartının ən konkret və doğru layihələrdən biri olduğuna inanıram. İnsanlar köçdü, insanlıq köçməsin.

Qeyd edək ki, ABŞ dövlət departamentinin sözcüsü Mark Toner, Suriya ilə əlaqəli sülh danışıqlarında PKK-nın bu ölkədəki qruplaşması olan PYD-nin də iştirak etməsinin lazım gəldiyini demişdi.



Әlaqәli Xәbәrlәr