Osmanlı xanədan rəisi Osmanoğlu dəfn edildi

Osmanlı İmperiyasının 31-ci padşahı Sultan Əbdülməcid Xanın üçüncü nəsil nəvəsi və xanədanın 44-cü rəisi Osman Bəyazid Osmanoğlunun cənazəsi Nyu-York şəhərində dəfn edilib.

647767
Osmanlı xanədan rəisi Osmanoğlu dəfn edildi

ABŞ-da 93 yaşında vəfat edən Osmanlı İmperiyasının 31-ci padşahı Sultan Əbdülməcid Xanın üçüncü nəsil nəvəsi və xanədanın 44-cü rəisi Osman Bəyazid Osmanoğlunun cənazəsi Nyu-York şəhərində dəfn edilib.

Osmanoğlunun cənazəsi ilk olaraq Broklyindəki Əyyüb Sultan məscidinə gətirilib.

Cənazə namazında 2009-cu ilin sentyabr ayında İstanbulda dünyasını dəyişən Osman Ərtoğrul Əfəndinin yoldaşı Zeynəb Osman ilə bəzi ailə üzvləri, işlədiyi kitabxanadan iş yoldaşları və Türk icmasının nümayəndələri iştirak edib.

Zeynəb Osman mərasimdə Anadolu xəbərlər agentliyinə verdiyi açıqlamada yoldaşı Osman Ərtoğrul Əfəndinin vəfatından sonra Osmanoğlunun ailə rəisi olduğuna diqqət çəkərək, onun sadə həyat yaşadığını, şahzadə olduğunu yaxın ətrafındakılardan başqasının bilmədiyini ifadə edib.

Zeynəb Osman ailənin yeni rəisinin Suriyanın paytaxtı Dəməşqdə yaşayan Dündar Əfəndi olacağını dilə gətirib.

Osmanoğlunun cənazəsi namazdan sonra dualar edilərək Lonq İslandakı Vaşinqton Memorial məzarlığına aparılıb və dəfn edilib.

Xanədanın ən yaşlı üzvü olan Osman Bəyazid Osmanoğlu Osmanlı xanədanının sürgün zamanı ölkə xaricində doğulan ilk uşağı kimi 1924-cü ildə Fransayada anadan olub. Daha sonra anası və böyük qardaşı ilə Nyu-Yorka köç edib və  ABŞ-da 45 il kitabxanalarda 15 dildə kitab tərcüməsi ilə məşğul olaraq dolanıb.  1997-ci ildə təqaüdə çıxıb.

Qeyd edək ki, Osmanlı xanədanının kişi üzvlərinin ölkəyə qayıtmalarına dair qadağan qərarı 1974-cü ildə ləğv olundu. Buna baxmayaraq Türkiyəni ilk dəfə anasının təkidləri qarşısında 1985-ci ildə ziyarət edən Osmanoğlu daha sonra hər il nizamlı şəkildə Türkiyəyə gəldiyini, ancaq yerləşməyi heç vaxt düşünmədiyini ifadə etmişdi. Osmanoğlu 2009-cu ilin sentyabr ayında İstanbulda vəfat edən Osman Ərtoğrul Əfəndinin yerinə xanədan rəisi olmuşdu.



Әlaqәli Xәbәrlәr