Numan Kurtulmuş: ''Türkiyә terrorun hәr növünә qarşı mübarizә aparmağa davam edәcәk''

Numan Kurtulmuş Ankarada  davam edәn 9-cu sәfirlәr konfransında çıxış edib.

648221
Numan Kurtulmuş: ''Türkiyә  terrorun hәr növünә qarşı mübarizә aparmağa davam edәcәk''

Numan Kurtulmuş Ankarada  davam edәn 9-cu sәfirlәr konfransında çıxış edib.

Dünyada yaşanan bu qәdәr problemin davam edә bilmәyәcәyini ,  yeni qlobal dil vә  yeni siyasi paradiqmanın tәtbiqinin zәruliliyini  vurğulayan Numan Kurtulmuş: ‘‘Әks tәqdirdә  bir tәrәfdәn beynәlxalq miqrasiya, qlobal miqrasiya, nizamsız miqrasiya, digәr tәrәfdәn  daim artan  vә inkişaf etdirilәn beynәlxalq  terrorizm dünyanın başına bәla olmağa  davam edәcәkdir. Bu sәbәblә bütün dünyada  bu sülh dilini tәtbiq etmәk mәcburiyyәtindәyik’’ deyib.

 Suriyada problemlərin həlli üçün Türkiyənin atdığı addımlara diqqət çəkən Numan Kurtulmuş: ‘‘Yeni perspektivlә vә dünyagörüşü ilә problemlәri  hәll edәrәk Suriyada sülhün bәrqәrar olması üçün  Türkiyә olaraq  bütün gücümüzlә çalışırıq’’ deyә qeyd edib.

 Numan Kurtulmuş Türkiyәnin terrorrun hәr növünә qarşı mübarizә aparmağa davam edәcәyini bildirib.



Әlaqәli Xәbәrlәr