Binəli Yıldırım: "Türkiyə təhlükəsiz olmasa, Avropa heç bir şəkildə təhlükəsiz ola bilməz"

Türkiyənin baş naziri Binəli Yıldırım 9-cu  Səfirlər Konfransının iştirakçıları üçün Çankaya Köşkündə təşkil olunan ziyafətdə çıxış etdi.

648442
Binəli Yıldırım: "Türkiyə təhlükəsiz olmasa, Avropa heç bir şəkildə təhlükəsiz ola bilməz"

Türkiyənin baş naziri Binəli Yıldırım Avropanın təhlükəsizliyinin Türkiyədən başladığını qeyd edərək: "Əgər Türkiyə təhlükəsiz olmasa, Avropa heç bir şəkildə təhlükəsiz ola bilməz" dedi.
 
Yıldırım 9-cu  Səfirlər Konfransının iştirakçıları üçün Çankaya Köşkündə təşkil olunan ziyafətdəki çıxışında dost və müttəfiq olan Avropanın terror təşkilatları arasında fərq qoyduğunu söylədi.
 
Baş nazir: " Terror təşkilatlarının birini digərindən üstün tutmaq bəşəriyyətə, dünya sülhünə edilə biləcək ən böyük xəyanətdir" ifadələrindən istifadə etdi.
 
 Yıldırım  Avrupa ölkələrinin Fətullahçı Terror Təşkilatını 15 iyul dövlət çevrilişi cəhdindən sonra yüksək səslə qınamaq əvəzinə çevrilişçilərlə çox pis rəftar etməkdən danışdıqlarını bildirərək:
 "Belə bir şey olmaz. Əvvəl çevrilişi tərəddüdsüz qınayacaqsınız, sonra da Türkiyənin hüquqi  dövlət olduğuna sonuna qədər inanacaqsınız. Türkiyənin hüquq dərsinə ehtiyacı yoxdur, Türkiyə öz hüququnu universal şərtlər əsasında həyata keçirir" deyə danışdı.
 
 İsveçrədə davam edən Kıbrıs (Kipr) danışıqlarına toxunan Yıldırım adada ədalətli idarəetmə sisteminin təminat altına alınmasının vacubliyini vurğuladı.
 
  Təminatın da Türk tərəfi üçün Türkiyə, rum (yunan) tərəfi üçün də Yunanıstan olduğunu ifadə edən baş nazir danışıqların ədalətli və daimi bir sülhlə yanaşı, iki federasiyalı bir dövlətin  yaradılması ilə nəticələnməsini arzuladıqlarını dilə gətirdi.
 
 Binəli Yıldırım bu istiqamətdə çalışdıqlarını və çalışmağa davam edəcəklərini bildirdi.



Әlaqәli Xәbәrlәr