Ərdoğan:“Bəzi qərb ölkələr quldurlara dəstək verirlər”

Prezidenti Rəcəb Tayyib Ərdoğan, sayca 9-su keçirilən səfirlər Konfransında etdiyi çıxışında Qərb ölkələrinin terroristlərə yardım etdiyini verğulayıb və.....

647549
Ərdoğan:“Bəzi qərb ölkələr quldurlara dəstək verirlər”

Prezidenti Rəcəb Tayyib Ərdoğan, sayca 9-su keçirilən səfirlər Konfransında etdiyi çıxışında Qərb ölkələrinin terroristlərə yardım etdiyini, onlara qucaq açtığını, Fətullahçi Terror Təşkilatı və separatçı terror təşkilatı PKK mənsubu terrorçuların bəzi ölkələrdə zərər çəkmiş kimi qarşılandıqlarını qeyd edib.

FƏTO-nun 15 iyul çevriliş cəhdinin tarixdə dövlət və millətə qarşı ən hiyləgər və ən alçaq xəyanət olduğunu ifadə edən prezident Ərdoğan, fəto mənsubu əli qanlı qatillərin bəzi Avropa ölkələrində zərər çəkmiş insan kimi qarşılanıb və lazımlı dəstəyin verilməsini pisləyi.

“15 İyul ölkə daxilində xainlər ilə vətənpərvərləri bir-birlərindən  ayırdığı  kimi, xaricdə də eynisini reallaşdırdığını deyən prezident, bir tikə çörək üçün qapılarına gələnləri qovan bəzi ölkələrin Fəto və PKK mənsubu quldurlara lazımlı   dəstəyi   verməkdə imtina etmədiklərini, ABŞ-nın isə, Türkiyədən qaçan qara siyahıya salınmış fəto mənsubu  birini  universitet rektoru təyin etdiyini xatırladıb.

Avropada vətəndaşlarımızın iş yerlərinə, ibadət məkanlarına istiqamətli hücumların artığını, mədəni   irqçiliyin  küksəldiyini, bunun odla oynamaq olduğunu, bir çox  ölkədəki müsəlman azlığın təhlükəsizliyinə dair təşvişlərin artmasına gətirib çıxardığını, lakin, İslam əleyhdarlığına və mədəni irqçiliyə qarşı mübarizədə Türk cəmiyyətinin yalnız olmadığını, buna qarşı digər müsəlman cəmiyyətlərin və immiqrantların həmrəylik çərçivəsində mübarizə etmələrinin zərurət olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr