Türkiyәnin Baş naziri Әrbildә

İraqın paytaxtı Bağdadda rәsmi görüşlәrini tamamlayan Türkiyәnin baş naziri Binәli Yıldırım Әrbilә keçib.

646628
Türkiyәnin Baş naziri Әrbildә

İraqın paytaxtı Bağdadda rәsmi görüşlәrini tamamlayan Türkiyәnin baş naziri Binәli Yıldırım Әrbilә keçib.

Binәli Yıldırım Әrbil baynәlxalq hava limanında İraq Kürd Regional rәhbәrliyinin baş naziri  Nәçirvan Bәrzani, İKRR-nin sözcüsü Sefin Dizayi, DİN rәhbәri Kәrim Sincari,Sәhiyyә naziri Rekeft Heme Salih, Tәhsil naziri  Piştivan Sadık vә Xarici Əlaqələr Departamentinin sədri  Fәllah Mustafa  tәrәfindәn mәrasimlә qarşılanıb.

Baş nazir Binәli  Yıldırım  Ərbildə  İraq Kürd Regional Rəhbərliyi başçısı Məsud Bərzani və baş naziri Neçirvan Bərzani ilə görüşəcək.

Görüşlərdə terrorla mübarizə və iqtisadi məsələlərin müzakirə olunması gözlənilir.

Baş nazir  Binәli Yıldırım dünәn dә  İraqın  baş naziri  Heydər əlAbadi ilə görüşüb.

Görüşdәn sonra birgә mәtbuat konfransı keçirilib.

Baş nazir  Binәli Yıldırım  mətbuat  konfransında: "Pәşmәrgә və İraq qüvvәlәri ilə Sincarın terror  tәşkilatlarından  təmizlənməsi məsələsində lazımi tәdbirlәr görüləcək’’ deyib.

" PKK-nın İraq ərazisindən Türkiyəyə zərər verməsinə icazə verməyəcəyik’’ şəklindəki  açıqlamanız bizim üçün çox əhəmiyyətlidir. Bundan böyük məmnuniyyət duyduq’’ deyә Türkiyәnin baş naziri qeyd edib.

Baş nazir Yıldırım: "İraqın suverenliyi bizim üçün çox əhəmiyyətlidir, suverenliyinə zərər verəcək heç bir təşəbbüs vә hərəkata razılıq göstərmərik. İraqın bütövlüyü də eyni şəkildə bizim üçün əhəmiyyətlidir’’ deyib.



Әlaqәli Xәbәrlәr