Türkiyə Baş naziri İraqda

Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının III Toplantısı üçün İraqa səfər edən Binəli Yıldırım əvvəlcə iraqlı həmkarı Heydər İbadi ilə görüşəcək.

646329
Türkiyə Baş naziri İraqda

  Baş nazir Binəli Yıldırım 2 günlük səfər üçün İraqın paytaxtı Bağdaddadır.

  Türkiyənin Baş nazirini Bağdad Beynəlxalq Hava Limanında İraq Su Resursları naziri Həsən Hani Cənabi, Türkiyənin İraq üzrə səfiri Faruk Kaymakçı və İraqın Türkiyədəki səfiri Hişam Alavi mərasimlə qarşılayıb.

  Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, Gömrük və Ticarət naziri Bülent Tüfenkçi, Milli Təhsil naziri İsmət Yılmaz və Milli Müdafiə naziri Fikri İşıq da Binəli Yıldırımlə birlikdə Bağdaddadır.

  Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının III Toplantısı üçün İraqa səfər edən Binəli Yıldırım əvvəlcə iraqlı həmkarı Heydər İbadi ilə görüşəcək.

  İraq prezidenti Fuad Masum və Nümayəndələr Məclisinin sədri Səlim Cuburiylə görüşlərdən sonra isə Türkiyənin Baş naziri İraqın digər siyasi nümayəndələri, rəhbərləri və İraq türkmənlərilə bir araya gələcək.

  Görüşlərdə bölgədə sabitlik, rifah və təhlükəsizliyin təmini üçün atıla biləcək adımlar, hər iki ölkəyə ortaq təhdid olan terror təşkilatları PKK, DEAŞ və FETÖ ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

  Eyni zamanda, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanları danışılacaq.

  Baş nazir Binəli Yıldırım Bağdaddakı səfərindən sonra Erbildə keçəcək. Burada İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzani və Baş naziri Neçirvan Bərzaniylə görüşəcək.

  Görüşlərdə terrorla mübarizə və iqtisadi məsələlərin müzakirəsi gözlənilir.



Әlaqәli Xәbәrlәr