Müxtəlif ölkələrin nümayəndələri də İzmirdə törədilən terror aktına reaksiya göstərdilər

İzmirdə törədilən terror hücumuna müxtəlif ölkələrin nümayəndələri də reaksiya göstərdilər və başsağlığı verdilər.

645428

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer yayımladığı açıqlamada İzmirdəki terror hücumunu pisləyərək deyib ki, Almaniya terrora qarşı Türkiyənin yanındadır. İslamçı, etnik yaxud da ideoloji, hansı səbəbdən olmasına baxmayaraq, Türkiyənin yayındayıq.

Staynmayer İstanbuldakı terror hücumundan sonra İzmirdə belə bir terror hücumu xəbərinin onu sarsıtdığını vurğulayaraq bildirib ki, polsi əməkdaşları bunun daha ciddi bir nəticəsinin qarşısını aldı. Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı diləyirəm.

İzmirdəki terror hücumunu ABŞ, İngiltərə və Avtraliyanın Ankara səfirlikləri də sosial mediada “Twitter” hesablarında pisləyən açıqlamalar yayaraq, Türk xalqının yanında olduqlarını bildiriblər və şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı diləyiblər.

Әlaqәli Xәbәrlәr