Stefan Dion İstanbulda törәdilәn terror hücumu ilә bağlı Mövlud Çavuşoğluna başsağlığı verib

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu vә  kanadalı həmkarı Stefan Dion arasında telefon danışığı olub.

644433
Stefan Dion İstanbulda törәdilәn terror hücumu ilә bağlı Mövlud Çavuşoğluna başsağlığı verib

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu vә  kanadalı həmkarı Stefan Dion arasında telefon danışığı olub.

Diplomatik mәnbәlәrdәn әldә edilәn mәlumata görә, görüş qarşı tәrәfin  tәlәbi ilә hәyata keçirilib.

Mәlumata görә, görüş zamanı Stefan Dion  XİN rәhbәri Mövlud Çavuşoğluna  yanvarın 1-dә İstanbulda törәdilәn xain terror hücumu ilә әlaqәdar başsağlığı verib.

Stefan Dion  Kanadanın və Kanada xalqının Türkiyə ilə həmrəy olduqlarını diqqәtә çatdırıb.

Mövlud Çavuşoğlu da verdiyi dəstəyə görə hәmkarına  təşəkkür edib vә  Türkiyənin terrorla mübarizəsinin eyni qətiyyətlə davam edəcəyini vurğulayıb.

Görüşdə hәmçinin  terror təşkilatı DEAŞ-la  mübarizədə  əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.



Әlaqәli Xәbәrlәr