"Bu vəziyyət qırıcıların İncirlik bazasındakı mövcudluğunu sual altına qoyur", F.İşıq

Milli müdafiə naziri Fikri İşıq bu qırıcıların Suriyanın Əl Bab bölgəsində davam edən əməliyyata dəstək verməməsinin İncirlik bazasındakı mövcudluğunu sual altına qoyduğunu söylədi.

644108
"Bu vəziyyət qırıcıların İncirlik bazasındakı mövcudluğunu sual altına qoyur", F.İşıq

Milli müdafiə naziri Fikri İşıq koalisiya qüvvələrinə məxsus qırıcıların Suriyanın Əl Bab bölgəsində davam edən əməliyyata dəstək verməməsinin İncirlik bazasındakı mövcudluğunun müzakirə ediləcək hala gətirdiyini söylədi.

İşıq Türkiyə Böyük Millətlə Məclisində jurnalistlərə açıqlama verərək, ABŞ liderliyindəki koalisiya qüvvələrinin Əl Bab əməliyyatına hava dəstəyi verməməsini dəyərləndirib.

Milli müdafiə naziri İncirlik bazasındakı koalisiya təyyarələrinin hava hərəkatına dəstək verməməsinin bazanın mövcudluğunu sual altında qoyduğunu söyləyib.

Nazir İşıq "Ümid edirik ki, başda ABŞ olmaq üzrə bütün koalisiya gücləri Türkiyənin “Fərat Qalxanı” əməliyyatında ehtiyac duyduğu hava dəstəyi və digər dəstəyi versin. Bu nöqtədə lazım olan addım daha çox yubanılmadan atılmış olar. Xüsusilə NATO-da uzun illər birlikdə olduğumuz ölkələrin DEAŞ ilə mübarizə üçün koalisiya yaratmış ölkələrin DEAŞ-a qarşı mübarizədə son dərəcə kritik yeri olan Əl Baba qarşı Türk Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusunun başlatdığı bu əməliyyata dəstək verməməsi düzünü deməli olsaq insanı fikrə aparır." sözlərini dilə gətirib.



Әlaqәli Xәbәrlәr