XİN, Somalidə həyata keçirilən terror aktını lənətləyib

Türkiyə, Somalidə sülh və sabitliyin bərpası uğrunda əhəmiyyətli addımların atıldığı bir dövrdə törədilən xain terror aktını lənətləyib.

642842
XİN, Somalidə həyata keçirilən terror aktını lənətləyib

Xarici İşlər Nazirliyindən, Somalidə havalimanı yaxınında həyata keçirilən terror hücumuna dair verilən açıqlamada: “Dünən, Moqadişu Havalimanı girişindəki nəzarət nöqtəsində bomba ilə təchiz edilmiş iki avtomobilin partladılması  nəticəsində 10-dan çox məsum insanın həyatını  itirib və çox sayda insan isə  yaralanıb. Somalidə sülh və sabitliyin təsisi istiqamətində əhəmiyyətli addımların atıldığı bir dövrdə həyata keçirilən bu mənfur terror hücumunu şiddətlə lənətləyirik. Həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralılara təcili şəfa arzulayırıq. Türkiyə, indiyə dək olduğu kimi bundan sonra da terrora qarşı mübarizədə, dost və qardaş Somali xalqına və hökumətinə dəstəyini qətiyyətlə davam etdirəcək” deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr