Binәli Yıldırım vә Hani әl-Mülki arasında telefon danışığı olub

Türkiyәnin baş naziri Binәli Yıldırım vә iordaniyalı hәmkarı Hani әl-Mülki arasında telefon danışığı olub.

641273
Binәli Yıldırım vә Hani әl-Mülki arasında telefon danışığı olub

Türkiyәnin baş naziri Binәli Yıldırım vә iordaniyalı hәmkarı Hani әl-Mülki arasında telefon danışığı olub.

Görüş zamanı baş nazir Binәli Yıldırım  İordaniyanın Qurumaq bölgəsində dekabrın 18-dә törәdilәn  terror hücumunda həyatını itirənlər ilә әlaqәdar Hani әl-Mülkiyә başsağlığı verib.

Yıldırım  Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdi  qarşısında İordaniyanın nümayiş etdirdiyi  həmrəylik üçün Mulkiyә  təşəkkür edib.

İordaniya baş naziri Mulki də  Türkiyə ilə iqtisadi əlaqələr daxil olmaqla iş birliyini daha da güclәndirmәk  istiqamətində güclü iradəyə sahib olduqlarını ifadə etdi.

 Mülki hәmçinin Türkiyәdә son dövrdә  baş verәn hücumlar nәticәsindә şәhid olan vәtәndaşlar ilә әlaqәdar baş nazir Binәli Yıldırıma başsağlığı verib.



Әlaqәli Xәbәrlәr