“Suriyadakı atəşkəş qərarı bütün bəşəriyyətin xeyrinə olsun”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyadakı atəşkəş qərarının bütün bəşəriyyətin mənfəətinə olmasını diləyib.

640561
“Suriyadakı atəşkəş qərarı bütün bəşəriyyətin xeyrinə olsun”, R.T. Ərdoğan
haşim taçi türkiye.jpg

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyadakı atəşkəş qərarının bütün bəşəriyyətin mənfəətinə olmasını diləyib.

Ərdoğan görüşlər keçirmək məqsədi ilə Türkiyədə səfərdə olan Kosova prezidenti Haşim Taçi ilə təşkil etdiyi birgə mətbuat konfransında başda Rusiya prezidenti Vladimir Putin olmaqla atəşkəs prosesinə dəstək olan tərəflərə təşəkkür edib.

Dövlət başçısı deyib ki, Türkiyə Suriyanın və bölgənin dincliyi, sabitliyi üçün əlindən gələn cəhdi göstərməkdə davam edəcəkdir. Tərəflər silahlı hücumları dayandıracaqlarına dair vəd verdi. BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi qəbul edilən qruplara bu qərar şamil edilmədi. “Türkiyə vətəndaşlarının əmin-amanlığını tamamilə zəmanət altına alanadək DEAŞ başda olmaqla mübarizəmiz eyni qətiyyətlə davam etdiriləcəkdir. Bu mövzuda güzəştə getməyimiz qeyri-mümkündür”-deyə Ərdoğan vurğulayıb.

Qonaq prezident Haşim Taçi də öz növbəsində deyib ki, zorakılıq heç vaxt xalqın iradəsindən irəlidə ola bilməz. Türkiyədə terrorçu kimdirsə o, Kosova üçün də dəqiq olaraq terrorçudur.

Kosovanın terrora qarşı qurulan koalisiyanın bir hissəsini olduğunu xatırladan Taçi bildirib ki, bu mübarizəni birgə aparsaq qələbə əldə edə bilərik. Bunu heç kəs tək başına yerinə yetirə bilməz. Çünki terrorun dini, imanı, milliyyəti yoxdur.



Әlaqәli Xәbәrlәr