Mövlud Çavuşoğlu vә Sergey Lavrov arasında telefon danışığı olub

Diplomatik mənbələrdən verilən məlumata görə, Mövlud Çavuşoğlu  görüş zamanı  Qara dәnizә düşәn “TU-154” təyyarəsində həlak olanlarla әlaqәdar  Rusiyalı hәmkarına başsağlığı verib.

638315
Mövlud Çavuşoğlu vә Sergey Lavrov arasında telefon danışığı olub

Türkiyәnin XİN rәhbәri  Mövlud Çavuşoğlu  Rusiyalı hәmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Diplomatik mənbələrdən verilən məlumata görə, Mövlud Çavuşoğlu  görüş zamanı  Qara dәnizә düşәn “TU-154” təyyarəsində həlak olanlarla әlaqәdar  Rusiyalı hәmkarına başsağlığı verib.

Mövlud Çavuşoğlu  baş verәn hadisә ilә әlaqәdar kәdәrlәndiklәrini bildirib.

Mәlumatda Mövlud Çavuşoğlunun hәmçinin Rusiyalı hәmkarına  Qәtәrdә Suriya ilә bağlı aparılan danışılar haqqında mәlumat verdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr