Suriyalılara humanitar yardım aparan yük maşınları Dənizlidən yola çıxdı

Türkiyənin Dənizli vilayətində “Hələbdə İnsanlıq Ölməsin” şüarı ilə yardım kampaniyası başladılıb.

637563
Suriyalılara humanitar yardım aparan yük maşınları Dənizlidən yola çıxdı

Türkiyənin Dənizli vilayətində “Hələbdə İnsanlıq Ölməsin” şüarı ilə başladılan kampaniya çərçivəsində vətəndaşların və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə toplanan humanitar yardımı daşıyan 12 tır Hələbə getmək üçün yola düşüb.

Dənizli Valiliyinin rəhbərliyində başladılan kampaniya ilə müxtəlif qeyri-hökumət təşkilatları, palata və birjaların, vətəndaşların dəstəkləri ilə toplanan humanitar yardımların göndərilməsi münasibəti ilə 15 iyul Dəlikliçinar Şəhidlər Meydanında mərasim təşkil edilib.

Dənizli valisi Əhməd Altınparmak mərasimdə etdiyi çıxışda İslam aləmində fasiləsiz onlarla kədərin yaşandığına diqət çəkərək, Hələbin bir İslam və həmin zamanda Türk şəhəri olduğunu vurğulayıb.

Hələbdəki insanlara yardım edilməsinin hər kəsin məsuliyyəti olduğunu diqqətə çatdıran vali dənizlilərin Hələbə yardım edilməsi barədə üzərinə düşəni yerinə yətirdiyini, belə acıların bir daha yaşanmamasını diləyib.

Mərasimdən sonra yardım tırları Hələbə getmək üzrə yola çıxıblar.



Әlaqәli Xәbәrlәr