Mövlud Çavuşoğlu Rusiya ilə yaxın əməkdaşlığın faydasından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Jurnalistlər Cəmiyyətinin Mətbuat Mükafatları Mərasimində gündəmə dair açıqlamalar verdi.

637193
Mövlud Çavuşoğlu Rusiya ilə yaxın əməkdaşlığın faydasından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə yaxın əməkdaşlığın faydasından danışdı

İki ölkənin fərqli düşündüyü məsələlər olduğunu vurğulayan Çavuşoğlu: "Rusiya ilə əməkdaşlığı inkişaf etdirib, Suriyada siyasi irəliləyişlərin əldə olunmasını istəyirik" ifadəsini işlətdi.
 
Xarici işlər naziri Antalya Jurnalistlər Cəmiyyətinin Mətbuat Mükafatları Mərasimində gündəmə dair açıqlamalar verdi.
 
 Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı törədilən sui-qəsdin iki ölkə arasındakı münasibətləri poza bilməyəcəyini qeyd edən Çavuşoğlu: "Rusiya ilə münasibətlərimizi yenidən pozmaq istədilər. Ankara səfiri Andrey Karlov bir terror hücumu, bir sui-qəsd nəticəsində təəssüf ki, həyatını itirdi. Onu ölkəmizdən yüksək səviyyədə yola saldıq, yüksək səviyyədə Moskvada Rusiya xarici işlər naziri ilə birlikdə qarşıladıq. Rusiya prezidenti cənab Vadimir Putinin dediyi kimi, bu hadisənin arxasında nə olduğunu yaxşı bilirik. İnşallah, qısa müddət ərzində hər şeyi üzə çıxaracağıq. Hesabını da soruşacağıq. Putinin və Ərdoğanın da söylədikləri kimi, bu hadisə münasibətlərimizi poza bilməyəcək" dedi.
 
 Bu müddətdə Rusiya ilə yaxın əməkdaşlığın faydasını Hələbin şərqindən 45 min insanın bütün çətinliklərə baxmayaraq təxliyyə edilməsində gördüklərini vurğulayan Çavuşoğlu: "Rusiya ilə olan əməkdaşlığımız sayəsində bütün Suriyada atəşkəsin tamamilə təmin olunmasını və müzakirələrdə irəliləyişlərin olmasını istəyirik. Oradakı problemlər bizə də təsir edir" deyə danışdı.



Әlaqәli Xәbәrlәr