Lütfi Əlvan:"Elektriklə işləyən nəqliyyat vasitəsi istehsalında yeni bir mərhələyə qədəm qoyduq"

Türkiyənin inkişaf naziri Lütfi Əlvan Türkiyənin innovasiya, tədqiqat və inkişaf sahəsində qürurverici bir mərhələyə keçildiyini bildirdi.

637192

 Lütfi Əlvan  İstanbul Texniki Universitetinə aid "Texnopark"-ı gəzərək rəsmilərdən məlumat aldı.

İnkişaf naziri elektriklə işləyən nəqliyyat mərkəzində hibrid nəqliyyat vasitələrini nəzərdən keçirdi. 
 
Elektrikli avtomobil istehsalına diqqət çəkən Lütfi Əlvan: "Elektriklə işləyən nəqliyyat vasitəsi istehsalında yeni bir mərhələyə qədəm qoymuşuq.  Başda Çin olmaqla, bir sıra ölkəyə elektriklə işləyən nəqliyyat vasitəsi ixrac etmə mərhələsinə yaxınlaşmıışıq. İstanbul Texniki Universitetinin"Texnopark"-ındakı işlər başa çatdırılmışdır" deyə danışdı.
 
 Radiasiya yaymayan mamografiya cihazı haqqında da məlumat alan Lütfi Əlvan İstanbul Texniki Universitetinin bu işinin qürurverici olduğunu bildirərək alim və tələbələrə təşəkkür etdi.

Әlaqәli Xәbәrlәr