Binəli Yıldırımın ailəsi suriyalı uşaqlara yardım göndərdi

Türkiyənin baş naziri Binəli Yıldırımın ailəsi tərəfindən suriyalı uşaqlar üçün hazırlanan 3 TIR süd və qida məhsulları İdlibə çatdı.

637340
Binəli Yıldırımın ailəsi suriyalı uşaqlara yardım göndərdi

  Baş nazir Binalı Yıldırımın övladları: Erkam, Bülənd və Büşra Yıldırım Köylübay ilə qardaşı İlhami Yıldırım Suriyada yaşanan faciəyə diqqət çəkmək və Hələbdəki uşaqlara yardım etmək üçün fəaliyyətə keçdilər.
 
 İstanbulda hazırlanan qida və süddən ibarət yardım ləvazimatları Qızılaya bağışlandı.
 
 3 TIR yardım İlhami Yıldırımın sədri olduğu Türk Qızılayı İstanbul Şöbəsi vasitəsi ilə İdlib çatdırıldı.
 
 Yardımlar bölgədə olan Qızılay dəstələri tərəfindən paylanılır.
 
Yıldırım ailəsi bu növ kampaniya və yardım fəaliyyətlərinə davam edəcəyini bildirib.
 
 Suriya rejiminin hücumları nəticəsində çox sayda hələbli Türkiyənin yardımları ilə İdlibə təxliyyə edilib.
 
 Ailəsini itirən uşaqlar üçün bu şəhərdə yetimxana yaradılıb.
 
 Hələbdən təxliyyələr hələ də davam edir.



Әlaqәli Xәbәrlәr