TSQ Baş Qərargahı "Fərat Qalxanı" əməliyyatı barədə məlumat yaydı

"Fərat Qalxanı"   çərçivəsində keçirilən hava əməliyyatında DEAŞ-ın Əl Babdakı qərargahı və aralarında təşkilatın yüksək səviyyəli rəhbərlərinin də olduğu 18 terrorçu məhv edildi.

636889
TSQ Baş Qərargahı "Fərat Qalxanı" əməliyyatı barədə məlumat yaydı

  Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı "Fərat Qalxanı" əməliyyatına dair məlumatl yaydı.
 
Məlumata görə, Azad Suriya Ordusu tərəfindən mühasirə edilən Əl Babda aralarında terror təşkilatı DEAŞ-ın rəhbərlərinin də olduğu qrupunun toplantı keçirdiyi barədə kəşfiyyat məlumatı alındıqdan sonra dünən gecə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən əməliyyat təşkil olunub.
 
 Əməliyyat nəticəsində toplantı keçirilən qərargah binası məhv edilərək 18 terrorçu zərərsizləşdirilib. 
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı  Əl Babda keçirilən hava əməliyyatının görüntülərini bölüşüb.
 
 
 "Fərat Qalxanı" əməliyyatı çərçivəsində, mülki vətəndaşların zərər görməməsi üçün həssas bir kəşfiyyat işi aparıldığı bildirilir.



Әlaqәli Xәbәrlәr