"Sərmayələrini  təxirə salanlar iqtisadiyyatımıza hücum edənlərlə eyni cərgədədirlər"

Bu sözləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEIK)  toplantısında səsləndirdi.

637051
"Sərmayələrini  təxirə salanlar iqtisadiyyatımıza hücum edənlərlə eyni cərgədədirlər"


 Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEIK)  toplantısında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan: "Türkiyəni 1 trilyon dollarlıq xarici ticarət, 2 trilyon dollarlıq milli gəlirlə, dünyanın ən böyük 10 iqtisadiyyatından biri olma hədəfinə ancaq  birlikdə çalışaraq çata bilərik. 2023-cü il hədəflərimizə ən səmimi şəkildə sahib çıxan kütlələrin başında iş adamlarımız, xüsusilə də DEİK üzvlərimiz gəlir" dedi.
 
Türkiyə prezidenti: "Bu gün sərhədlərimiz daxilindəki və xaricdəki terror təşkilatları ilə necə  mübarizə ediriksə, iqtisadiyyatımıza yönəlmiş hücumlar qarşısında da eyni qətiyyəti göstərmək məcburiyyətindəyik.Türkiyənin iqtisadiyyatına qarşı hücumların dəf olunması məsələsində dövlətlə birlikdə sizlərə də çox (iş dünyasına) əhəmiyyəti vəzifələr düşür. Bu kritik dövrdə sərmayələrini, layihələrini, səylərini gecikdirən hər kəs mənim nəzərimdə iqtisadiyyatımıza hücum edənlərlə eyni cərgədədir.Hökumətimiz, iş dünyamıza, əsnaflarımıza, sənətkarlarımıza vergi güzəştlərindən tutmuş kredit rahatlığına qədər bir çox əlavə dəstək verib və verməyə də davam edəcək. Bunun əvəzində iş dünyamızdan yeganə gözləntmiz iqtisadiyyatın çarxlarını sürətləndirməsi, bazarı hərəkətə gətirməsidir. Bu baxımdan milli səfərbərlik deyirəm, Bunu boş yerə demirəm. Mənim milli səfərbərlik dediyim şey "əlinə silahını al, küçəyə çıx" deyil. Milli səfərbərlik budur. Bu ölkəyə yatırımlar lazımdır, bizim başqa çarəmiz yoxdur. Əgər ən çətin şərtlərdə sərmayələr qoyularsa, bu ölkə çökdürülə biliməz. Bir az əvvəl içəri girərkən bir qardaşım dedi ki, 100 milyon dolları Türk lirəsinə dəyişib. Məsələ budur. Sərmayə qoysaq, bu ölkənin belini qıra bilməzlər, qıra bilməyəcəklər də". deyə danışdı.



Әlaqәli Xәbәrlәr