Fikri İşıq itkin düşən 3 Türk əsgərinin DEAŞ-ın əlində olduğunu bildirdi

Türkiyənin milli müdafiə naziri Fikri İşıq itkin düşən 3 Türk əsgərinin terror təşkilatı DEAŞ-ın əlində olduğunu söylədi.

637030
Fikri İşıq itkin düşən 3 Türk əsgərinin DEAŞ-ın əlində olduğunu bildirdi

Türkiyənin milli müdafiə naziri Fikri İşıq itkin düşən 3 Türk əsgərinin terror təşkilatı DEAŞ-ın əlində olduğunu söylədi.
 
 Kocaelidə partiyasının şəhər məşvərət məclisinin toplantısında çıxış edən İşıq bu əsgərlərin aqibəti ilə bağlı təsdiq olunmuş bir məlumatın olmadığını dedi.
 
 Suriyanın Əl Bab bölgəsinin ən həlledici yeri olan "Xəstəxana təpəsi"nin DEAŞ-dan azad olunduğunu bildirən Fikri İşıq Əl Babda Türk əsgərinin qəhrəmancasına mübarizə etdiyini qeyd edərək: "DEAŞ-ı tamamilə təmizləyənə qədər Azad Suriya Ordusu ilə birgə əməliyyatlarımız davam edəcək" dedi.



Әlaqәli Xәbәrlәr