Belçika Türk Federasiyası binasının önündə bombalı paket tapıldı

Paket  bomba zərərsizləşdirmə mütəxəssisləri tərəfindən partladıldı.

636891
Belçika Türk Federasiyası binasının önündə bombalı paket tapıldı

Belçika Türk Federasiyasının rəhbəri Ömər Zararsızın verdiyi məlumata görə, günorta saatlarında federasiya binasının önündə bir paket tapılıb. Federasiya üzvlərindən biri paketi gördükdən sonra polisə xəbər verilib. Hadisə yerinə  bomba zərərsizləşdirmə mütəxəssisləri gələrək paketi robotla partladıblar.
 
 Zararsız paketin içində yanğına səbəb olacaq partlayıcının olduğunu bildirdi.
 
 Belçika mətbuatına görə, Brüssel Prokurorluğunun sözçüsü Denis Goeman  paketin içində partlayıcı olduğunu təsdiqləyib. Paketdə bir qaz balonu və alovlandırma sistemindən ibarət olan qurğu olduğu bildirilir.
 



Әlaqәli Xәbәrlәr