"Fərat Qalxanı"nın məqsədi Türkiyənin və Türk Millətinin təhlükəsizliyini təmin etməkdir"

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ TBMM-nin Konstitusiya Komissiyasında çıxışı zamanı söylədi

635558
"Fərat Qalxanı"nın məqsədi Türkiyənin və Türk Millətinin təhlükəsizliyini təmin etməkdir"

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Fərat Qalxanı" əməliyyatında şəhid olan əsgərlərlə əlaqədar olaraq:"Ölkəmizin və millətimizin mənfəəti üçün üzərimizə düşən vəzifələr qətiyyətlə həyata keçiriləcəkdir" dedi.

TBMM-nin Konstitusiya Komissiyasında çıxış edən Bozdağ:" İşin mahiyyəti  Suriya tərəfindən Türkiyəyə DEAŞ terror təşkilatının hücumlarının qarşısını almaq, təhlükəsiz bölgə yaratmaq, Türkiyənin və Türk millətinin maraqlarını qorumaq, PKK separatçı terror təşkilatının və onun Suriya qolu PYD-nin və digər quruluşların regionda terror koridoru yaratmasına mane olmaqdır. Türkiyənin və Türk Millətinin təhlükəsizliyini təmin etmək və ölkəmizə yönəlmiş hər cür təhdidi ortadan qaldırmaq məqsədi daşıyan "Fərat Qalxanı" əməliyyatı siyasi motivlərlə dəyərləndirilməməlidir.İnşallah, Türkiyə Silahlı Qüvvələri millətimizin dövlətimizdən aldığı güclə orada DEAŞ terror təşkilatını tamamilə zərərsizləşdirəcəkdir. Buna ürəkdən inanıram".
 
 Hücumla bağlı baş nazir müavini Nurəddin Canikli və xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial mediadan açıqlamalar verdilər.
 
 Canikli: "Türkiyə daxildə və xaricdə terrorla mübarizəsini qətiyyətlə davam etdirəcəkdir. Qəhrəman şəhidlərimizin qanları yerdə qalmayacaq, inşallah" ifadələrini işlətdi.
 
 Xarici işlər naziri Mövlud Çavuşoğlu isə:"Fərat Qalxanı" əməliyyatında şəhid olan qəhrəman Mehmetciklərimizə Allahdan rəhmət diləyirəm" dedi və şəhidlərin qanının yerdə qalmayacağını vurğuladı.



Әlaqәli Xәbәrlәr