Türkiyənin müdafiə naziri Rusiyada səfərdədir

Türkiyənin milli müdafiə naziri Fikri İşıq Rusiyanın Ankara səfiri Andrey Karlova qarşı təşkil olunan silahlı hücumun arxasında duranların mütləq tapılacağını bildirdi.

634703

 Suriya böhranının və Hələbdəki vəziyyətin müzakirələrində iştirak etmək üçün Moskvada olan İşıq rusiyalı həmkarı Sergey Şoyqu ilə keçirdiyi görüşdə Rusiyanın Ankara səfiri Karlovun silahlı hücum nəticəsində həyatını itirməsi münasibətilə başsağlığı verdi. 
 
 Hücumu "terror aktı" olaraq səciyyələndirən İşıq hücumla bağlı əldə etdikləri məlumatları Rusiya ilə də bölüşəcəklərini dedi.
 
 Suriya ilə bağlı Rusiya ilə əməkdaşlıq məsələsinə da toxunan İşıq: "Suriya böhranı və Hələbdəki vəziyyətlə bağlı danışıqlarımız yalnız bu məsələlərin həllinə deyil, Rus-Türk əlaqələrinin inkişafına töhfə verəcək" şəklində danışdı.
 
Әlaqәli Xәbәrlәr